Cerablusda daha 10 kənd terrorçulardan təmizləndi
Türkiyənin Suriyada həyata keçirilən “Fırat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi Azad Suriya Ordusu Cerablus bölgəsində daha 10 kəndi terrorçulardan təmizləyib. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının açıqlamasında bildirilir.
Ümumilikdə Suriyanın şimalında 400 kv. kilometr ərazi terrorçulardan azad edilib.
Eyni zamanda Türkiyə ordusu Cerablus və ətrafdakı bölgədə terrorçulara aid 21 hədəfə 108 top zərbəsi endirib. İŞİD-ə aid iki hədəf isə Türkiyə hərbi təyyarələri tərəfindən məhv edilib.