İstanbulun sabiq polis rəisi Hüseyn Çapkın həbs olundu - FETÖ TƏHQİQATI

İstanbulun sabiq polis rəisi Hüseyn Çapkın FETÖ təhqiqatı çərçivəsində həbs olunub. APA TV-nin məlumatına görə, Hüseyn Çapkının həbsinə İstanbul Dövlət Prokurorluğu qərar verib. İzmirin Çeşmə qəsəbəsində həbs olunan sabiq polis rəisi İstanbula gətirilib. Onunla birlikdə iki polis məmuru və bir vali də həbs olunub.

Hüseyn Çapkının sabiq İstanbul valisi Hüseyn Avni Mutlunun ifadələri əsasında həbs olunduğu güman edilir. Keçmiş vali MİT rəhbəri Hakan Fidana tələ qurulması, bu hadisədən sonra bir neçə polis rəisinin iş yerlərinin dəyişdirilməsi ilə bağlı istintaqa ifadə verib. O bildirib ki, İstanbul polis rəisinin işlədiyi adamları yaxından tanımır: "Bu sualları İstanbulun polis rəisi olmuş Hüseyn Çapkına verin. Mən kəşfiyyat idarəsinin müdir müavinini bu məsələ ilə bağlı işdən çıxardım. Digər müdirlərin niyə işdən çıxarıldığını qoy Hüseyn Çapkın açıqlasın".

Müəllif | Apa.Tv
Apa.tv