İŞİD-in öldürdüyü minlərlə insanın basdırıldığı 72 məzarlıq tapıldı

İraq və Suriya ərazilərində İŞİD tərəfindən qətlə yetirilənlərin dəfn olunduğu kütləvi məzarlıqlar aşkarlanıb.

 

APA TV-nin "Associated Press" agentliyinə istinadən məlumatına görə, sayı 72 olan kütləvi məzarlıqlarda ümumilikdə 1000-dən çox dinc sakinin öldürülərək, basdırıldığı bildirilir.

 

Məzarlıqlar əsasən İraqın Sincar, habelə şimalda yerləşən Tel-Azər, eləcə də Suriyanın Deyr-əz-Zor və Rakka vilayətlərində aşkar edilib.

 

Təkcə Rakka şəhərində aşkarlanan kütləvi məzarlıqda 160-dan çox suriyalı əsgər cəsədinin basdırıldığı üzə çıxıb.

 

Qətlə yetirilənlərdən əksəriyyətinin eyni ailənin üzvləri olduğu ehtimal edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv