Hacıqabulda istixanada narkotik becərənlər...

Hacıqabul rayonunda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin  Mil-Muğan bürosunun məlumatına görə, rayonun İsmət Qayıbov küçəsi, 3 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Ələkbərov Salavat Xanlar oğlunun yaşadığı həyətin istixanasından 114 çətənə kolu, qurudulmuş marixuana və sənədsiz ov tüfəngi aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb.

Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Ekspertizanın rəyinə görə çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.
 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 

X. Ələkbərov əvvəllər quldurluq cinayəti törətdiyinə görə Rusiya Federasiyasında məhkumluq həyatı (4,5 il) yaşayıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı