Rubl ucuzlaşdı, digər aparıcı valyutalar bahalaşdı - YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6321 manatdır. Avro da manata nisbətən bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,8209 manat olaraq müəyyənləşdirib.

 

Rus rublunun məzənnəsi  ucuzlaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat, 100 türk lirəsi 55 manat 14 qəpik, 100 gürcü larisi 70 manat 81 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Apa.tv