Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi

Xalq artisti, bir çox tanınmış uşaq mahnılarının bəstəkarı Oqtay Zülfüqarov bu gün səhər saatlarında dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə Lent.az-a bəstəkarın oğlu Cahangir Zülfüqarov məlumat verib.

Tanınmış bəstəkar ürək-böyrək çatışmazlığından 87 yaşında dünyasını dəyişib. O. Zülfüqarov 7 ildir böyrək çatışmazlığından əziyyət çəkirmiş. O, uzun müddət bu xəstəlikdən müalicə edilib.

 

Xalq artisti ilə vida mərasimi saat 13:00-da Təzə Pir məscidində olacaq. O, II Fəxri Xiyabanda dəfn ediləcək.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv