Temperatur 6 dərəcə aşağı enəcək, yağış gözlənilir - HAVA PROQNOZU
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.
Sinoptiklərin məlumatına görə, yarımadada havanın temperaturunun gecə 20-24, gündüz 27-30 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 isti olacağı gözlənilir.
Sabah gündüz saatlarından başlayaraq sentyabrın 2-də günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, sabah və sentyabrın 2-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda ötən günlərlə müqayisədə temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 1-dən 3-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.