Şirvanda içərisində 43 min manat olan bankomat oğurlanıb

Şirvanda bir banka məxsus bankomat oğurlanıb. APA TV-nin yerli bürosuna verilən məlumata görə, gecə saat 4:30 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində, M. Ə. Rəsulzadə küçəsində  yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub.


İlkin ehtimala görə, bankomatda 43 min manat olub. Oğrular bankomatın yerləşdiyi dəmir seyfin qapısını qıraraq qaynaq kəsici ilə pul kasetlərini götürüb, aradan çıxıblar.
 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən oğruların tutulması üçün əməliyyat planı hazırlanıb. Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv