Hamilə qadın zəhərlənərək öldü - BAKIDA AİLƏ FACİƏSİ

Bakıda hamilə qadın vəfat edib. APA TV-nin məlumatına görə, zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

 

Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

 

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib.

 

S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub. Materiallar 24 saat ərzində Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək.

 

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

Müəllif | Apa.Tv
Apa.tv