AKP-dən daha bir millət vəkili həbs olundu - FETÖ TƏHQİQATI

Türkiyədə Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan əməliyyatlar çərçivəsində hakim AKP-nin sabiq millət vəkili saxlanılıb. APA TV-nin məlumatına görə, keçmiş Çankırı millət vəkili və parlamentin Konstitusiya komissiyası sədrinin köməkçisi İdris Şahin Ankarada yaxalanıb. İdris Şahini dövlət çevrilişinə cəhdlə bağlı araşdırma ilə əlaqədar tutulub. Həbsi Çankırı və Ankara polisi birgə keçirib. Sabiq millət vəkilinin Ankaradakı evində axtarış aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv