Sentyabrda orta aylıq temperatur 22-24 dərəcə olacaq - AYLIQ PROQNOZ
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.