Balakən-Bakı avtobusunda yanğın olub

Balakən-Bakı marşrutunda hərəkət edən sərnişin avtobusunda yanğın olub. APA TV-nin məlumatına görə, hadisə  bu gün saat 12:25 radələrində Zaqatalanın Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Soltan Bayramovun idarə etdiyi "Mersedes-Benz" markalı, 90-KF-403 dövlət nömrə nişanlı sərnişin avtobusunun təkərində anidən tüstülənmə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində təkərdə baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı dərhal alınıb. Hadisə zamanı avtobusda heyət üzvlərindən başqa heç kim olmayıb. 

Müəllif | Apa.Tv
Apa.tv