Uşaq davası bıçaqlanmayla bitdi-AİLƏ DRAMI

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb. Cəlilabad sakini, 30 yaşlı Mail Məmmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 19 yaşlı Jalə Mehdiyevaya qarın nahiyyəsindən iki bıçaq zərbəsi vurmaqla ağır bədən xəsarəti yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

 

Hadisəni törətmiş Mail Məmmədov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

Şahidlərin sözlərinə görə, xasiyyətləri tutmayan cütlük boşanmaq fikrinə düşüb. Dava-dalaş ailənin yaş yarımlıq olan oğlan uşağına görə baş verib. Qanunla uşaq ananın öhdəsində qalmalı olsa da, ata oğlunu özündə saxlamaq fikrində düşüb. Son nəticədə ər bıçağa əl atıb.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1- qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayyət işi açılıb, araşdırma aparılır.


 

Müəllif | Apa.Tv