Samuxda "Təmiz hava" aylığı çərçivəsində reyd keçirilib
"Təmiz hava" aylığı çərçivəsində Samux rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. APA TV-nin yerli bürosunun məlumatına görə, bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.
Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər bir qayda olaraq yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.Etirazlara baxmayaraq sürücülər qanunun tələbləri izah olunmaqla cərimə olunublar. Protokola imza atmaqdan imtina edən sürücülər içərisində yol polisinə hədə-qorxu gəlməkdən belə çəkinməyənləri də olub.Ümumilikdə gün ərzində keçirilən reyd zamanı 9 avtomobilin havanı çirkləndirdiyi müəyyən edilib və sürücülər barədə tədbir görülüb.