Braziliya parlamenti prezidenti vəzifəsindən uzaqlaşdırdı

Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Russefin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.

 

APA  TV-nin xəbərinə görə, Russefin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

 

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

 

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin D.Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

 

Müəllif | Apa.Tv