Etirazçılar parlament binasına od vurdu

Qabonun paytaxtı Librevildə etirazçılar parlamentin binasına od vurub.

 

APA TV-nin xəbərinə görə, bundan əvvəl polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

 

Paytaxtda kütləvi iğtişaşlar prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb.

 

Səsvermənin nəticələrinə görə, hazırkı prezident Əli Bonqo Ondimpa 49,85%, onun əsas rəqibi, Qabonun sabiq xarici işlər naziri Jan Pinq isə 48,16% səs toplayıb.

Müəllif | Apa.Tv
Apa.tv