Avro ucuzlaşdı, lirə və lari bahalaşdı - YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6321 manatdır.
Avro manata nisbətən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,8204 manat olaraq müəyyənləşdirib.
Rus rublunun da məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat, 100 türk lirəsi 55 manat 17 qəpik, 100 Gürcüstan larisi 71 manat 12 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.