Tovuzda iki avtomobil toqquşdu: 3 yaralı

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

 

“Niva” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü, Qovlar şəhər sakini, 1974-cü il təvəllüdlü Müşfiq Əliyev və “VAZ”ın sürücüsü və sərnişini, Bayramlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Məsim və 1992-ci il təvəllüdlü Əlixan Ələsgərovlar müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv