Türkiyədə növbəti FETÖ əməliyyatı: 5 vilayətdə həbslər
Türkiyədə FETÖ/PYD araşdırmaları çərçivəsində keçirilən əməliyyatlar davam edir. APA TV-nin məlumatına görə, növbəti geniş miqyaslı əməliyyat Kayseri mərkəz olmaqla 5 vilayətdə keçirilir.
Kayseri, Ankara, İzmir, Adıyaman, Konya və Yozqatda 133 nəfərin yaxalanması üçün 400 polis cəlb olunub. "Bylock" sistemi istifadə etdikləri iddiası ilə 42 polis və aralarında fərari FETÖ-nün Kayseri imamı Sıtkı Baş ilə Kayseri Ticarət Palatasının sabiq Məclis sədri Mehmet Filizin olduğu 91 mülki şəxsin saxlanılması nəzərdə tutulub. Axtarışda olanlardan Mehmet Filiz artıq yaxalanıb.