"Bu, hökumətin gizli siyasətinin göstəricisidir" - İTTİHAM

Rusiyada baş verən son hadisələr əsassız deyil. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Yevda Abramov APA TV-yə dedi ki, hadisə baş verəndən bir neçə gün sonra bunu şişirtməkdə məqsəd maraqlı qüvvələrin yazdığı ssenarinin yuxarı dairələrlə razılaşdırılması olub: "Bu, həmin yerləri meriyadan alıb başqa təyinatda istifadə etmək istəyən insanların dövlətə, hökumətə təsir edə bilmək gücüdür. Bu gücü Azərbaycana göstərirlər. Mümkündür kii, hökumətin də gizli siyasəti olsun. Azərbaycanın Avrasiya Gömrük İttifaqına qoşulmasına hesablanan bir məsələ ola bilər.

 

Millət vəkili hesab edir ki, Rusiya kimi böyük bir dövlətin bu cür addım atması onun statusuna xələl gətirib. Orxan Zeynalova qarşı polislər tərəfindən edilən rəftar təcrübəli olmaqdan çox, şovinizmin göstəricisi olub.

 

Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Səməd Seyidov da həmkarının dediyi fikirlərlə razılaşdı. Onun sözlərinə görə, bu cür hadisələr dövlətlərimiz arasında mövcud münasibətlərə təsir göstərməməlidir: "Bəzi dairələr, bəzi qüvvələr tərəfindən istifadə olunan və hansı isə məqsədləri daşıyan bir məsələdir. Biz heç vaxt hansısa şəxsin timsalında dövlətin qarşısında dayanan problemi qabarıq şəkildə göstərmirik".

 

Komitə sədri hesab edir ki, Rusiyada problem miqrantlarda yox, ölkə qanunvericiliyində olan boşluqdadır.

 

Müəllif | Apa.Tv