Masallıda 17 yaşlı oğlan özünü asdı - MÜƏMMALI İNTİHAR

Masallıda intihar hadisəsi baş verib.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.

 

Kənd sakini, 1999-cu il təvəllüdlü Qismət Qasımov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv