Türkiyədə PKK ilə növbəti döyüş: 1 əsgər şəhid oldu

Türkiyənin Siirt vilayətində türk ordusu ilə PKK terrorçuları arasında atışma baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində bir hərbçi şəhid olub, biri yaralanıb.


Pervari qəsəbəsində yol təhlükəsizliyinə nəzarət edən hərbçilərə bir qrup terrorçu snayperlə atəş açıb. Hücumdan sonra tərəflər arasında atışma olub. Yaralı hərbçi xəstəxanaya çatdırılıb.

Qaçan PKK-çıların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlanıb. Əraziyə helikopterlər cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv