Bakıda yol polisi əməkdaşı bıçaqlanıb
Bakıda bıçaqlanan yol polisi əməkdaşının səhhəti qənaətbəxşdir və artıq işə çıxır.
APA TV-nin xəbərinə görə, paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 143 A ünvanında yaşayan 1983-cü il təvəllüdlü Rəşad İsmayılov binalarının yaxınlığında yerləşən restoranda bıçaqlanıb.
Çiyin nahiyəsindən xəsarət alan İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinə almaq üçün evə buraxılıb. Hadisənin naməlum şəxs tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.