Binəli Yıldırım: "15 iyul bizə əsl dostlarımızı tanıtdı"
Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən xarici ölkə parlamentarlarının şərəfinə nahar verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B.Yıldırım çıxışında Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib, bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb.
O, hərbi çevriliş cəhdinin bir imtahan olduğunu və gerçək dostların üzə çıxdığını söyləyib: “İyulun 15-də qeyd-şərtsiz bizə dəstək verən dostlarımız oldu. Ancaq dost bildiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Ona görə də bu hərbi çevriliş cəhdi bir imtahan, demokratiya və çevriliş tərəfdarı olanlar üçün bir seçim oldu. Biz o zaman gerçək dostlarımızı gördük. Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular. Bu, təəssüf doğurur”.