Türkiyədə 543 hakim və prokuror vəzifəsindən uzaqlaşdırıldı
Türkiyədə FETÖ təhqiqatı ilə bağlı hakim və prokurorların işindən xaric olunması davam edir.
APA TV-nin məlumatına görə, Hakimlərin və Prokurorların Ali Şurasının qərarı ilə bu gün 543 hakim və prokuror qovulub.
İşdən azad olunan ədliyyə işçiləri 15 iyul dövlət çevrilişindən sonra müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılmışdı. Bu gün isə Hakimlərin və Prokurorların Ali Şurası onlar haqqında qərar verib.
Qeyd edək ki, FETÖ ilə əlaqədə günahlandırılaraq xaric olunan hakim-prokuror sayı 3390-a çatıb.