Türkiyə ordusu Suriyada 3 kəndi azad etdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyada başlatdığı "Fərat qalxanı" hərəkatı davam edir.

 

APA TV-nin məlumatına görə, əməliyyatın 9-cu günü Türkiyə Silahlı Qüvvələri Kulliyah və Zavqar bölgəsində terrorçulara aid olan 15 hədəfi "Fırtına" toplarından açılan 99 atəşlə məhv edib.

 

Açıqlamada bildirilir ki, daha dörd hədəf isə hava zərbəsi ilə vurulub. Eyni zamanda koalisiya qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən keçirilən əməliyyat nəticəsində Zavqar, Tell əl-Aqbar və Kulliyah kəndləri terrorçulardan azad edilib.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Azad Suriya Ordusu ilə birgə Suriya ərazisində "Fərat qalxanı" hərəkatına başlayıb. Nəticədə Cerablus və Çobanbəy qəsəbələri və ətrafda onlarla kənd İŞİD və PYD/YPG terrorçularından azad olunub. Əməliyyatlara beynəlxalq koalisiya da dəstək verir.

Müəllif | Apa.Tv
Apa.tv