ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi

Vaşinqton Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısına 17 şəxsi əlavə edib. APA TV-nin “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.  

 

Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrinin rəhbərləri daxil edilib.

 

Siyahıya həmçinin Donetsk və Luqansk separatçı “respublikaları”nın rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib.  

 

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Qazprom” holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. 

 

Xatırladaq ki, Rusiya ilə Qərb arasında münasibətlər Ukrayna hadisələrinə görə pisləşib. Aİ və ABŞ Rusiyanın fiziki şəxslərinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Rusiya isə cavabında ona qarşı sanksiya tətbiq edən bütün ölkələrdən ərzaq məhsulları idxalını məhdudlaşdırıb.

Müəllif | Apa.Tv
Apa.tv