"Vill" klubunun baş məşqçisi tutuldu - FETÖ ARAŞDIRMASI

İsveçrənin "Vill" futbol klubunun baş məşqçisi Uğur Tütüneker həbs olunub. APA TV-nin məlumatına görə, baş məşqçi Atatürk Hava Limanında saxlanılıb.

 

Məlumata görə, Türkiyədə FETÖ/PYD araşdırmaları ilə bağlı keçirilən əməliyyatlar çərçivəsində U.Tütüneker haqqında məhkəmənin qərarı ilə saxlanılma əmri çıxarılıb və həbs olunub. O, Sürixdən gələn təyyarədən enəndən sonra hava limanının pasport-qeydiyyat şöbəsinə yaxınlaşan zaman polis tərəfindən saxlanılıb. Daha sonra "Vill"in baş məşqçisi Vətən küçəsindəki polis şöbəsinə aparılıb.

 

Qeyd edək ki, Uğur Tütüneker Türkiyə bir neçə məşhur futbol klubunun baş məşqçisi olub. O, bu ilin iyun ayından İsveçrənin 2-ci liqasındakı "Vill" klubuna baş məşqçi gətirilib.

Müəllif | Apa.Tv