Dollar və avro bahalaşdı, digər valyutalar ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6362 manatdır.
Avronun da məzənnəsi manata nisbətən möhkəmlənib. Mərkəzi Bank avronun məzənnəsini 1,8327 manat olaraq müəyyənləşdirib.
Rus rublunun məzənnəsi ucuzlaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 24 manat 80 qəpik, 100 türk lirəsi 55 manat 18 qəpik, 100 Gürcüstan larisi 71 manat 45 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.