ABŞ-da kosmosa buraxılan raket partladı - HADİSƏ ANI
ABŞ-ın Florida ştatında həyata keçirilən növbəti raket buraxılışı uğursuzluqla nəticələnib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Falcon-9" raketinin start nöqtəsində olduğu zaman gözlənilmədən partlayış baş verib.
Partlayışdan sonra şəhərin üzərini qatı duman bürüyüb, hadisə yerindən xeyli məsafədə yerləşən obyektlərin şüşələri sınıb. Hazırda NASA rəsmiləri hadisənin səbəblərini araşdırır.
Qeyd edək ki, bu, sözügedən raketin artıq ikinci uğursuz sınağıdır.