İki yaşlı qız diri-diri yandı - FACİƏ

Sabirabadda yaşayış evi yanıb. Hadisə rayonun Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən, tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarət olan birmərtəbəli evin yanar konstruksiyaları  yanıb. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb. Evdə olan 2 azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib. Yanğın günorta saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı