ABŞ-ın dövlət borcu açıqlandı - FANTASTİK MƏBLƏĞ
Birləşmiş Ştatların dövlət borcu 19,5 trilyon dollara çatıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ştatların Maliyyə Nazirliyi məlumat verib.
Açıqlamada həmçinin hazırkı prezident Barak Obamanın vəzifəsinin icrasına başladığı dövrdə dövlət borcu məbləğinin 10,6 trilyon dollar təşkil etdiyi qeyd olunub.
Həmçinin proqnozlarda Barak Obamanın prezidentlik müddəti başa çatanadək sözü gedən məbləğin artaraq, 20 trilyona çatacağı öz əksini tapıb.
Qeyd edək ki, büdcə sxeminə əsasən dövlət borcunun son həddinin 2017-ci ilə, daha doğrusu yeni administrasiyanın fəaliyyətə başlayacağı dövrədək artacağı nəzərdə tutulub.