Yağmurlu hava davam edəcək
Bakı və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 18-21, gündüz 25-28 dərəcə, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.