"Azərbaycanın bizə etdiyini qardaş qardaşa etməyib" - ETİRAF

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edən Gürcüstan prezidenti Mixail Saakaşvili əhalini seçkilərə qatılmağa və səs verməyə çağırıb. Səfərdə məqsəd oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri öncəsi seçicilərlə görüşmək olub:.

 

“Hər bir səs bizim gələcəyimizdir. Hər səs uşaqlarımızın gələcəyidir. Öz gələcəyinizi heç kimə verməyin! Siz bizim namizədi bilirsiniz. Biz korrupsiyanın qayıtmasına yol verməməliyik. Gələcək qələbələrdə görüşənədək”.

 

APA TV-n in xəbərinə görə, Marneulinin Gorarxı kəndində seçicilər qarşısında çıxış edən prezident həmişə olduğu kimi, azərbaycanlı vətəndaşları ilə görüşlərdən sevindiyini bildirib:

 

“Siz bizim vətənimizin çox sədaqətli və vətənpərvər vətəndaşlarısınız. Burada çox əməksevər əhali yaşayır. Fəxr edirəm ki, gənclər üçün məktəblərdə yaxşı təhsilə şərait yaratmışıq. Biz elə şərait yaratdıq ki, sizi yollarda saxlamasınlar, incitməsinlər, rüşvət almasınlar, torpaqlarınızı əllərinizdən almasınlar ”.

 

Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “Azərbaycan Gürcüstanın çiçəklənməsində və iqtisadiyyatının inkişafında ən önəmli rol oynayan qonşu, strateji tərəfdaş və qardaş ölkədir. Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa haqqımız yoxdur”.

 

Mixail Saakaşvili İlham Əliyevin yenidən prezident seçilməsinə çox sevindiyini bildirib.

 

Bu arada Gürcüstan prezidenti Mixeil Saakaşvili Tiflisin Diqomsk rayonunda yerləşən iqamətgahını tərk edib. İqamətgah dövlət tərəfindən prezident və xanımı üçün kirayələnibmiş.

Müəllif | Apa.Tv