Türkiyə qırıcıları Suriyada İŞİD-ə ağır zərbələr endirdi
"Fərat qalxanı" hərəkatı çərçivəsində İŞİD terror təşkilatına hava zərbəsi endirilib. APA TV-nin məlumatına görə, Türkiyə və koalisiya qüvvələrinə aid hərbi təyyarələr Suriya ərazisində İŞİD mövqelərini vurub.
Türkiyə sərhədinə yaxın bölgədə yerləşən bir neçə kənd sakinlər tərəfindən boşaldılıb. Bundan sonra kənddə qalan terrorçulara aid hədəflərin məhv edilməsi üçün zərbələr endirilib. Eyni zamanda həmin ərazilərin terrorçulardan təmizlənməsi üçün Azad Suriya Ordusu əməliyyat keçirir. Vurulan ərazilər Türkiyə-Suriya sərhəd xəttinin İŞİD-in nəzarətində olan 40 kilometrlik hissəsinə düşür.
Xatırladaq ki, hava hücumuna məruz qalan kəndlər ötən gün Azad Suriya Ordusu azad etdiyi Zavqar, Tell əl-Aqbar və Kulliyah kəndlərinin yaxınlığında yerləşir.