İslam Kərimov kimdir? - ÖMÜR YOLU

İslam Kərimov 1938-ci ildə Səmərqənd şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1960-cı ildə aviasiya mühəndisi olaraq başlayan İ.Kərimov 1961-ci ildə "Taşselmaşş" zavodunda baş mühəndis vəzifəsində çalışmağa başlayıb.

 

1966-cı ildən etibarən fəaliyyətini Özbəkistan SSRİ Dövlət Planlaşdırma İdarəsində davam etdirərək, idarə rəisinin birinci müavini vəzifəsinədək yüksəlib. 1967-ci ildə hazırkı Daşkənd Dövlət İqtisadiyyat Universitetini bitirərək, "iqtisadçı" ixtisasına yiyələnib. İqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1983-1986-cı illərdə Özbəkistan SSRİ Dövlət Planlaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb. 1986-cı ildə Kommunist Partiyası Kaşkardinsk Vilayət Komitəsinin birinci katibi vəzifəsinə keçirilib. 1989-cu ildə Özbəkistan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-1991-ci illərdə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və Siyasi Bürosunun üzvü seçilib. 1990-cı ilin 24 mart tarixində Özbəkistanın prezidenti vəzifəsinə keçirilən seçkilərdə qalib gəlib.

 

Qeyd edək ki, İslam Kərimovun vəziyyətinin pisləşməsi haqqında ilk xəbər avqustun 28-də rəsmən ictimaiyyətə açıqlanmışdı. 

Müəllif | Apa.Tv
Apa.tv