Türkiyədə PKK ilə qanlı döyüş: 8 hərbçi şəhid oldu, 24 terrorçu məhv edildi
Türkiyənin Van bölgəsinin Çaldıran qəsəbəsində terrorçular hərbi hissəyə geri dönməkdə olan hərbçilərə atəş açıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, silahlılarla baş verən atışmada 8 türk hərbçisi şəhid olub, eyni sayda hərbçi isə yaralanıb.
Türkiyənin Baş Qərargahı hadisə ilə bağlı yaydığı məlumatda silahlı toqquşma zamanı 11 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.
Baş Qərargahdan verilən açıqlamada həmçinin Tendürek bölgəsində hərbi aviasiyanın həyata keçirdiyi əməliyyatlar zamanı daha 13 terrorçunun məhv edildiyi açıqlanıb.