İslam Kərimovun nəşi Səmərqəndə gətirildi

Özbəkistanın mərhum prezidenti İslam Kərimovla vida mərasiminə qatılmaq üçün dünyanın 17 ölkəsindən nümayəndə heyəti artıq Səmərqəndə gəlib.

 

APA TV-nin məlumatına görə, İslam Kərimovun nəşi gecə saatlarında paytaxt Daşkənddən onun doğulduğu Səmərqəndə gətirilib.

 

Özbəkistanın 27 illik rəhbəri ilə vida mərasiminə Əfqanıstan, Tacikistan və Türkmənistan prezidentləri, Belarus, Gürcüstan Qazaxıstan və Qırğızıstanın baş nazirləri, Çin, Cənubi Koreya və Ukraynanın baş nazirlərinin müavinləri qatılıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə baş nazirinin müavini Toğrul Türkeş və Rusiyanın baş naziri Dmitri Medvedev də Səmərqənddədir.


Daşkənddən prezidentin nəşini doğma şəhərinə gətirən təyyarəni paytaxtdan minlərlə insan yola salıb.


Özbəkistanda 3 günlük matəm elan edilib, bayraqlar yarıya qədər endirilib.

Müəllif | Apa.Tv
Apa.tv