Prezident İlham Əliyev Zabit Səmədovla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Z.Səmədovu qazandığı qələbə münasibətilə təbrik edib.