Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxıldı

Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb.

 

Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Apa.tv