Bakıda hava küləkli keçəcək

Bakı və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturunun yarımadada gecə 19-22, gündüz  25-29 dərəcə, Bakıda gecə 19-21, gündüz  26-28 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz  25-30 dərəcə isti, dağlarda gecə 8-13, gündüz  18-23 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv