Bakıda evlərin qiyməti bahalaşır - SƏBƏB

Yay aylarına nisbətən hazırda evlərin qiymətində artım müşahidə olunur. Bu barədə APA TV-yə ev alqı-satqısı ilə məşğul olan Azər Əlimərdanlı məlumat verib.

 

Onun sözlərinə görə, əvvəllər 45 min manat qiymət qoyulan evlər indi 48-50 min manata təklif edilir: "Başqaları bunu hiss etməsə də, bu, bizim gözümüzə tez çarpır. 45 min manata ev var idisə, sata bilmirdim, bu gün isə gündə qiyməti qaldırıb edib 48-50-55 min manat. Fikirləşirlər ki, alıcı qüvvəsi bir az çoxalıb. Yaya nisbətən evlərin qiyməti bahalaşıb. Buna görə də qiymət artımına təsirini göstərib. Alıcı da var. Bu da nədən irəli gəlir? Əgər 2-3 müştəri gedib evinə baxırsa, fikirləşir ki, yayda heç kəs gəlmirdi, indi artıq alıcı qüvvəsi var".

 

Müsahibimiz deyir ki, ev sahibləri hər şeyin qiymətinin qalxdığını əsas gətirərək bu addımı atır.

Müəllif | Apa.Tv
Apa.tv