Avro ucuzlaşdı, rubl bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ötən həftə ilə müqayisədə dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6362 manatdır.

 

Avronun isə məzənnəsi manata nisbətən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,8281 manat olaraq müəyyənləşdirib.

 

Rus rublu, Türkiyə lirəsi və Gürcüstan larisinin məzənnəsi bahalaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 10 qəpik, 100 türk lirəsi 55 manat 52 qəpik, 100 Gürcüstan larisi 71 manat 53 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv