GÖBƏLƏKLƏ XAŞ YEDİLƏR, xəstəxanaya düşdülər

Zaqatalada bir ailənin 4 üzvü qidadan zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 42 yaşlı Həmzəyeva Mehriban Qurban qızı, onun əri, 45 yaşlı Balaşov Seyfullah Həsən oğlu və onların övladları - 10 yaşlı Zümrüd və 8 yaşlı Məhəmməd güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Məlum olub ki, onlar günorta saatlarında göbələk və xaş yeyib. Xəstələrə ilkin yardım göstərildikdən sonra onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrdən ayrı-ayrılıqda götürülən analiz nümunələri müayinə edildikdən sonra ailənin hansı qidadan - xaşdan, yoxsa göbələkdən zəhərlənməsini demək mümkün olacaq.

 

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan şəxslərin vəziyyəti orta-ağır hesab  olunur,  müalicələri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv