Azərbaycan millisi San-Marinoya qalib gəldi
Sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.
APA TV-nin məlumatına görə, milli komandamız da ilk oyun günündə meydana çıxıb.
Azərbaycan millisi ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb. Tarixində 12-ci seçmə mərhələdə çıxış edən millimiz yeni mövsümə qələbə ilə başlayıb. Belə ki, bu zamana qədər heç bir seçmə mərhələyə 3 xalla start verə bilməyən ölkənin bir nömrəli komandası, nəhayət, bu tilsimi qırıb. Zəif rəqibi ilə oyunda bütün oyun boyu hücumda olan yığmamız hücumçuların qeyri-dəqiqliyi nəticəsində sadəcə bir dəfə fərqlənə bilib.
"Qəbələ"nin yeni transferi Ruslan Qurbanov birinci hissənin son dəqiqəsində başla hesabı açıb. Qurbanovun millidə ilk qolu həm də bu matçda yeganə olub.