Balakəndə 30 yaşlı kişini maşın vurub öldürdü

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Balakən Rayon Mərkəzi xəstəxanasından (RMX) APA TV-yə Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Həkimlərin səyinə baxmayaraq, 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev sentyabrın 4-ü səhər saatlarında xəstəxanada keçinib.

 

Balakən Rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Tülü kənd sakini, 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusov idarə etdiyi “VAZ-21010” markalı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Elnar Xanlayevi vurub.
 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv