Merkel Ərdoğanla Suriya məsələsini müzakirə etdi
"Böyük 20-lik" ölkələrinin sammiti çərçivəsində Almaniya kansleri Angela Merkel ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, tərəflər əsasən Suriya məsələsi, eləcə də Avropa İttifaqı ilə miqrasiya haqqında sazişin imzalanması məsələləri müzakirə edib.
Hər iki liderin görüşündə eyni zamanda Türkiyə ilə Almaniya arasındakı münasibətlər diqqət mərkəzində olub, eləcə də Suriyada davam edən vətəndaş müharibəsindən narahatlıq ifadə olunub.
Almaniya tərəfinin yaydığı rəsmi açıqlamada alman parlamentarilərinin Türkiyədəki "İncirlik" hərbi bazasına səfəri məsələsinin müzakirə olunub-olunmadığı barədə məlumat verilməyib.