Obama və Putin razılığa gələ bilmədi

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşün təfərrüatları məlum olub.

 

APA TV-nin məlumatına görə, "Böyük 20-lik" ölkələrinin sammiti çərçivəsində reallaşan görüşdə tərəflər Suriya məsələsində heç bir razılığa gələ bilməyib.

 

Birləşmiş Ştatlarla Rusiya arasında konsensusun əldə olunmadığını rəsmi Vaşinqton da təsdiqləyib.

 

Bu arada Quançjouda keçirilən zirvə toplantısında ABŞ və Rusiya prezidentləri arasında da görüş olub. Obama və Putin də əsasən Suriya və Ukraynadakı münaqişələrin həlli variantları barədə danışıblar. Bu istiqamətdə görüşlərin davam etdiriləcəyi qərara alınıb.

 

Dövlət başçılarının görüşündə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər.

 


 

Müəllif | Apa.Tv
Apa.tv