"Goldman Sachs": ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalı 80 faizdir

"Goldman Sachs" investisiya bankının iqtisadçıları sentyabrda Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artıracağı ehtimalının 55 faiz olduğu qənaətindədir.


"APA-Economics" xəbər verir ki, ABŞ iqtisadiyyatındakı göstəricilər "FED üçün yetərlidir və sentyabrda faiz dərəcələrinin yüksəldilməsinin taktiki cəhətdən bəzi üstünlükləri var".

 

Bankın yaydığı məlumatda qeyd olunub ki, ümumilikdə 2016-cı il ərzində faiz dərəcələrinin artırılması ehtimalı 80 faizə bərabərdir.

 

Müəllif | Apa.Tv
Apa.tv