Türkiyədə PKK ilə növbəti döyüş: 2 əsgər şəhid oldu

Türkiyənin Hakkari bölgəsinin Çukurca qəsəbəsində PKK ilə atışmalarda 2 türk əsgəri şəhid olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçularla döyüş bölgədə keçirilən əməliyyat nəticəsində baş verib.

Bu arada bölgədə bir neçə gündür davam edən antiterror əməliyyatlarında PKK-çıların sığındığı dağlıq ərazilərdəki yerlərdən çox sayda silah-sursat, tibbi avadanlıq, yanacaq dolu qablar, generator, ərzaq ələ keçirilib.

Bundan əlavə, çox sayda terrorçu da məhv edilib.

Xatırladaq ki, dünən adı çəkilən bölgədə terrorçularla döyüşdə 7 hərbçi şəhid olub və baş nazir Binəli Yıldırım Hakkariyə səfər edib.

Müəllif | Apa.Tv
Apa.tv